20 Noyabr 2017 17:51
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21, 22 və 23-də Milli Məclisin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, 3 günlük plenar iclaslarda 7 məsələyə baxılacaq.

Deputatlar “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında” və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələrini müzakirə edəcəklər.


Müəllif: Cavad