20 Noyabr 2017 23:57
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhə Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azəriqaz İB-dən Teleqraf.com-a verilən məlumata görə, Azəristiliktəchizat ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar, 21 noyabr 2017-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı Azəriqaz İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Müəllif: Teleqraf.com