21 Noyabr 2017 10:04
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

Onun sözlərinə görə, bu dəfəki toz-duman prosesi əvvəlki proseslərlə müqayisədə çox zəifdir.

M.Avazova qeyd edib ki, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

Nazirlik rəsmisi qeyd edib ki, əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 i ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə təkrarlanır.

M.Avazova bu artımın səbəbini iqlim dəyişmələri ilə izah edib: "İqlim dəyişmələri ilə əlaqədar səhralarda küləklərin, fırtınaların sayı da artıb. buna görə də toz-dumanlar da səhra fırtınaları zamanı atmosfer qatına qalxırlar və hava axınları ilə digər ölkələrin ərazilərinə daxil olurlar".


Müəllif: Teleqraf.com