21 Noyabr 2017 14:58
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan isə saat 07:45-də yola düşən 6006 nömrəli elektrik qatarlarına əlavə heyət qoşulub.

Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf.com-a verilən məlumata görə, bununla da noyabrın 24-nə qədər elektrik qatarları birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək.


Müəllif: Şəfiqə