25 Aprel 2014 13:39
585

Azərbaycanın müxtəlif zonalarında yayılmış spesifik genetik xəstəlikləri analizi məqsədi ilə Prezident yanında Gənclər Fondunun maliyyə yardımı ilə sorğular keçirilib və gənclərin “Sağlam Nəsil” tibbi-elmi tədqiqat mərkəzində tibbi müayinəsi təşkil olunub.

Bu barədə mərkəzdən Teleqraf.com-a məlumat verilib.

Mərkəz hesab edir ki, genetik xəstəliklərin vaxtında aşkarlanmasında tibbi müayinələrin rolunun böyük olması danılmaz faktdır:

“Bunun üçün nikahdan əvvəl tibbi-genetik müayinə aparıla bilər. Həmçinin bütün ölkə üzrə monitorinq aparılmalı, ən çox hansı bölgə üçün hansı xəstəliyin xarakterik olduğu müəyyən edilməlidir. Bununla da xəstə uşaqların doğulmasının qarşısı alınar”.

NİGAR


Müəllif: