22 Noyabr 2017 11:01
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamenti "Kapital Bank"ı “Şəffaf vergi partnyorluğu statusuna” layiq görüb.

Bu barədə Teleqraf.com-a bankdan məlumat verilib.

Noyabr ayında nazirlik tərəfindən partnyor vergi ödəyicisi statusunun əldə olunması münasibətilə "Kapital Bank"a bildiriş göndərilib.

Qeyd edək ki, "Kapital Bank" Azərbaycan Respublikası Vergilər haqqında qanununa uyğun fəaliyyət göstərir və 2017-ci ilin üç rübü ərzində 28,6 mln. manat vergi ödəyib.

Ümumiyyətlə, 2017-ci ilin üçüncü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com