25 Aprel 2014 13:41
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu aprelin 28-29-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan Arxeologiya və Etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçirəcək.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun Teleqraf.com-a verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri, görkəmli alimlər, arxeologiya və etnoqrafiya üzrə tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Konfransın məqsədi Naxçıvan MR ərazisində aşkar edilmiş tarixi abidələrin regionun və bəşər tarixində özünəməxsus yerinin son elmi tədqiqatlar fonunda vurğulanması, Naxçıvan arxeologiya və etnoqrafiya məktəbinin əldə etdiyi nailiyyətlərin, həmçinin, Azərbaycan arxeoloq və etnoqraflarının apardıqları son tədqiqatların mahiyyətinin və milli arxeologiya və etnoqrafiyanın qarşısında duran yeni tədqiqat istiqamətlərinin göstərilməsidir.

NİGAR


Müəllif: