23 Noyabr 2017 13:40
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanunun layihəsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə deputatlara məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, Prezident İlham Əliyevin uzaqgörən, çevik islahatları ölkənin inkişafını təmin etmək üçün əsas olub. Nazir müavini deyib ki, ölkə başçısının siyasətinin mühüm istiqamətlərindən biri də sosial müdafiə ilə bağlıdır:

“Son illər bu sahədə həyata keçirilən yeniliklər şəffaflıq və səmərəllik prinsipini ortaya qoyub. Hazırda 1 milyon 330 min insan əmək pensiyası alır. 400 mindən çox vətəndaşa ünvanlı sosial yardım ödənilir. Ümumilikdə müvafiq icra hakimiyyəti orqanı hər ay üçün pensiyalara və sosial müavinətlərə 300 milyon manat ödəyir. 2018-ci ildə ölkədə orta aylıq əmək haqqının 550 manat olması planlaşdırılır. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3 milyard 578 milyon 5 min manat təşkil edəcək. Bu məbləğin 97,8 faizi əhali üzrə xərclərə sərf ediləcək. Gələn il pensiya xərcləri 6,24 faiz artacaq, əmək pensiyaları isə 6,8 faiz qalxacaq”.

Hazırda müzakirələr davam edir.


Müəllif: Cavad