23 Noyabr 2017 14:33
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı üçün Maliyyə Nazirliyi vəsait ayıracaqmı?

Teleqraf.com xəbər verir ki, bu sualı millət vəkili Əflatun Amaşov Milli Məclisdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, 3 il əvvəl Saatlıda şəhid ailələri və əlillər üçün evlərin tikintisinə başlanmalı idi, lakin işlər yarımçıq qalıb: “Səbəb də odur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Hətta evlərin bünövrəsi də qoyuldu. Hər dəfə rayonda seçicilərlə görüşəndə onların bu mövzuda suallarına cavab verməkdə çətinlik çəkirəm. İndi mənim üçün maraqlıdır ki, bu il dövlət büdcəsindən həmin evlərin tikintisinə vəsait ayrılacaqmı?”


Müəllif: Cavad