24 Noyabr 2017 14:14
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında bölgə vətəndaşlarını qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, qəbulda Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, müraciətlərin bir qismi yerində həllini tapıb, bəzi müraciətlərin operativ həll edilməsi üçün nazir əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.


Müəllif: Teleqraf.com