25 Noyabr 2017 12:40
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada yolla gələn ölkə vətəndaşı idarənin Şərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, yoxlama nəticəsində, vətəndaşın ayaqqabısının sol tayının içərisində 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com