25 Noyabr 2017 11:30
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə istehsalı “Fırtına” haubitsalarının satışı ilə bağlı Almaniya yeni qadağa tətbiq edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qadağaya əsasən, Türkiyə bu zirehli texnikaları Səudiyyə Ərəbistanına və Qətərə sata bilməz.

Almaniya tərəfi bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Fırtına” haubitsalarının hazırlanmasında Almaniyanın MTU şirkətinin dizel motorlarından istifadə edilir. Bundan əvvəl, Almaniya Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin həssas münasibətini bəhanə gətirərək, Azərbaycana “Fırtına” haubitsaları satılmasına icazə verməmişdi.


Müəllif: Samir