25 Noyabr 2017 13:16
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.

Dövlət Komissiyasından Teleqraf.com-a bildirilib ki, 23 noyabr 2017-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər, Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com