25 Aprel 2014 14:10
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Ukrayna şairi, yazıçısı və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Mərasimi giriş sözü ilə nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli açıb. O, Ukrayna mədəniyyəti üçün T.Şevçenko ədəbi irsinin əhəmiyyətindən danışıb: “Taras Şevçenkonun Ukraynanın mənəvi tarixində müstəsna yeri var. Ukrayna mədəniyyəti üçün T.Şevçenko ədəbi irsinin əhəmiyyəti əvəszisdir. Şairin “Kobzar” əsəri Ukrayna ədəbiyyatının və dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Onun təbiət mənzərələri ilə zəngin yaradıcılığı təkcə Ukrayna ədəbiyyatında deyil, dünya ədəbiyyatında hadisəyə çevrilib”.

Daha sonra Vaqif Bəhmənli şairin Azərbaycan dilinə çap olunmuş iki kitabını Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkoya hədiyyə edib.

Ukrayna səfiri çıxış edərək Ukraynanı dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Taras Şevçenkonun Ukrayna və Azərbaycan dillərində şeirləri səsləndirilib.

Rövşən


Müəllif: