5 Dekabr 2017 13:08
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özü vəsiyyət etmişdi ki, onu müsəlman adət-ənənələri ilə dəfn etsinlər. İslam dinini qəbul etmişdi.

Teleqraf.com xəbər verir ki, bunu mərhum jurnalist Tatyana Çaladzenin Təzəpir məscidində keçirilən üç mərasimdə iştirak edən Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İctimai Birliyinin İdarə Heyətinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O, mərhum jurnalist haqqında xatirələrini bölüşüb:

“Tatyana Çaladze Qarabağ həqiqətlərini dünyaya ilk çatdıran jurnalistlərdən olub. Qeyri-azərbaycanlı olmasına – Latviyadan gəlməsinə baxmayaraq, Qarabağ döyüşlərində iştirak edib. Deyirdi ki, əsgərlər onların fotolarını çəkməsini istəyibmiş. Tatyana da onların fotolarını çəkib Latviyaya qayıdıb. Sonralar mənə danışırdı ki, o fotoları bir-bir həmin əsgərlərə verməyi özünə borc bilib. Amma təəssüf ki, qayıdanda onların bir çoxu şəhid olmuşdu. Allah ona rəhmət eləsin".

B.Səfərov T.Çaladzenin Qarabağ mövzusunun işıqlandırılmasındakı səylərinin danılmaz olduğunu vurğulayıb:

"Arzusu bu idi ki, Qarabağ işğaldan azad olunsun. Təəssüf ki, ömrü vəfa etmədi. İnşallah, torpaqlarımız işğaldan azad olunduqdan sonra çox istəyərdik ki, orada Tatyana Çaladzenin adı məktəbə verilsin, xatirəsinə abidə qoyulsun”.


Müəllif: Səxavət