6 Dekabr 2017 17:00
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib.

M. Cabbarov kollektiv qarşısında çıxış edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Fazil Əsəd oğlu Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.


Müəllif: Teleqraf.com