7 Dekabr 2017 10:11
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlununun partiyasında qrup toplantısında səsləndirdiyi fikrin yalan olduğu ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Adanada 5 il əvvəl canına qıyan iki uşaq anası Əminə Akçayın yoxsulluqdan intihar etdiyini deyib.

Əminənin anası Cənnət Konur qızının intiharının səbəbini açıqlayıb:

“Qızım yoxsulluqdan ölmədi. Atasından miras qalan 80 min lirə (35 min AZN) pulu həyat yoldaşı qumarda uduzdu. Əminə də buna görə intihar etdi”.


Müəllif: Samir