7 Dekabr 2017 22:46
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın ticarət və ixracın təşviqi dövlət naziri Baronessa Rona Fairhead dekabrın 14-15-də Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, səfərin məqsədi iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə Azərbaycan-Birləşmiş Krallıq hökumətlərarası komissiyanın ikinci iclasında iştirak etməkdir.


Müəllif: Teleqraf.com