10 Dekabr 2017 19:15
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Oslo şəhərində Sülh üzrə Nobel mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, bu il mükafata Nüvə silahlarının qadağan edilməsi üzrə beynəlxalq kampaniya (ICAN) layiq görülüb.

ICAN təşkilatının adından mükafatı onun icraçı direktoru Beatris Fin və Setsuko Terlou qəbul ediblər.

ICAN təşkilatı 2007-ci ildə təsis edilib, dünyanın 100-dən çox ölkəsində 468 ictimai təşkilatını birləşdirir.


Müəllif: Teleqraf