10 Dekabr 2017 20:25
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Android telefon tətbiqlərinin istehsalçısı olan "Quql" şirkətinə Türkiyə hökuməti xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Rəqabət Agentliyinin başqanı Ömər Torlak bildirib ki, əgər şirkət mövqeyində dəyişiklik etməsə hökumət sanksiyaya əl ata bilər.

Ömər Torlaq qeyd edib ki, android telefon tətbiqləri "Quql"un monopoliyasında olduğu üçün Türkiyə sanksiya barədə düşünür: "Quql"un mobil sistemi (Android) və mobil tətbiqlərin təminedicisi (Quql Play) ilə bağlı şikayətlər var. Araşdırma aparılır. "Quql" sövdələşməyə girərək elektrotexnika istehsalçılarının əplkeşnləri yalnız ondan almalarına nail olub. Əvəzində "Quql" istehsalçılara reklam gəlirindən pay verir. Bukinq.com da otellərlə sövdələşməyə getmişdi. Araşdırdıq və cəza tətbiq etdik".

Xatırladaq ki, anti-inhisar qanunlarını pozduğu üçün Rusiya hökuməti "Quql"a 6,8 milyard dollar cəza kəsib.


Müəllif: