10 Dekabr 2017 23:15
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronavt Haydi Stefanişin-Payper Azərbaycana səfər edəcək. Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir: "ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı və keçmiş NASA astronavtı Haydi Stefanişin-Payperin 2017-ci il 10-12 dekabr tarixlərindəki Azərbaycana səfərinə sponsorluq etməkdən böyük məmnunluq hissi duyur. 1-ci dərəcəli kapitan Payper öz hekayəsini Azərbaycan ictimayyəti ilə bölüşəcək və xüsusilə texniki və riyazi sahələrlə məşğul olan gənc qadınlarla karyera və imkanlar barədə danışacaq. Kapitan Payper həmçinin yerli gənclərlə Kürdəmir şəhərindəki Amerika Guşəsində görüşüb, Bakıdakı Amerika Mərkəzinə ziyarət edəcək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat keçirəcək və Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında görüşlər təşkil edəcək.

11 dekabr Bazar ertəsi günü saat 9:00-da Azad Azərbaycan 106.3 FM-də Bumeranq səhər radio şousunda Kapitan Payperi dinləməyi və yaxud ictimaiyyətə açıq olan aşağıdakı tədbirlərin birinə qoşulmağı unutmayın:

Çərşənbə axşamı, 12 dekabr 16:30-17:30, Azərbaycan Dillər Universitetindəki Bakı Amerika Mərkəzində və ABŞ-ın Azərbaycandakı səfirliyində Karyera İnkişafı üzrə Məruzə Sessiyası

Ünvan: Azərbaycan Dillər Universiteti – R. Behbudov küç 134, (012) 441 3640

Çərşənbə axşamı, 12 dekabr 19:00-21:00 WoWoman Qrupu tərəfindən təşkil olunan Karyera İnkişafı üzrə Məruzə Sessiyası

Ünvan: Landmark, Rotunda Hall – Nizami küç 90A, (051) 381 11 83

Haydi Stefanişin-Payper haqqında daha ətraflı məlumat üçün zəhmət olmasa NASA-nın rəsmi vebsəhifəsin növbəti linkdən ziyarət edin: https://www.jsc.nasa.gov/Bios/htmlbios/stefanys.html".


Müəllif: Teleqraf.com