12 Dekabr 2017 15:00
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə - Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib./Report/


Müəllif: Teleqraf.com