14 Dekabr 2017 08:16
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın "Samsung" şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək "ağıllı" sviter modeli üçün patent hüququ alıb.

Teleqraf.com İKTNyusa istinadən xəbər verir ki, sviter enerjini əl hərəkətlərindən hasil edəcək. Qollarda və geyimin ön hissəsində xüsusi ötürücülərin quraşdırılması nəzərdə tutulur.

Akkumulyator kürəyin arxa hissəsində yerləşəcək. Hazırda onun həcmi barədə məlumat verilməsə də, patent müraciətinə görə, mütəxəssislər tərəfindən zəif gücə malik batareyadan istifadə planlaşdırılır.

Yeni texnologiyanın yanvarda Las-Veqasda keçiriləcək "CES-2018" sərgisində nümayişi gözlənilir.


Müəllif: Teleqraf.com