14 Dekabr 2017 15:10
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, dərman preparatının Türkiyədə "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkəti tərəfindən istehsal edildiyi və Dihac MMC tərəfindən idxal olunduğu bildirilir.

Yayılan məlumatla əlaqədar DGK-nin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan Dihac MMC tərəfindən Azərbaycan ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur: "Bu dərman preparatı ölkə ərazisinə Norma Med MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, "Oksiam-B" adlı dərman preparatının Dihac MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək".


Müəllif: Teleqraf.com