14 Dekabr 2017 15:36
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əsas yolkasının qurulmasına başlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, ölkənin əsas yolkası paytaxtın Neftçilər prospektində, Dövlət Kukla Teatrının arxasında, Dənizkənarı Milli Parkın ərazisində qurulacaq.

Ə.Bağırov yolkanın hündürlüyünün 35 metr olacağını bildirib: "Yolkanın qurulması işləri başa çatmaq üzrədir. Dekabrın 15-dən ölkənin əsas yolkası paytaxt sakinlərinin və qonaqların istifadəsinə veriləcək".


Müəllif: Teleqraf.com