14 Dekabr 2017 16:03
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73360 nəfər və ya 0,7 faiz artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 milyon 883 341 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Müəllif: Sara