15 Dekabr 2017 12:02
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) 5 kafedrasında müdir vəzifəsinə seçkilər keçirilib.

ATU-dan Teleqraf.com-a verilən məlumata görə, professor Vəfa Pənahian qulaq, burun və boğaz xəstəlikləri, dosent Ramiz Poluxov uşaq cərrahlığı, dosent Məlahət Sultanova şüa diaqnostikası və terapiyası, professor Səfixan Həsənov I uşaq xəstəlikləri, professor Fərid Mahmudov isə dermotovenorologiya kafedrasının müdiri seçiliblər.

Yeni seçilən kafedra müdirlərini qəbul edən ATU-nun rektoru, professor Gəray Gəraybəli onlara mövcud problemləri həll etmək üçün tövsiyələrini verib və gələcək işlərində uğurlar diləyib.

Yeni kafedra müdirləri üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirərək onlara göstərilən etimadı doğruldacaqlarını, müasir tələblərə cavab verən gənc mütəxəssislərin hazırlanması üçün əllərindən gələni edəcəklərini söyləyiblər.


Müəllif: İlhamə Əbülfət