15 Dekabr 2017 14:08
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının auditorları Milli Məclisin deputatları ilə eyni səviyyədə tutulur. Hesab edirəm ki, bu, doğru yanaşma deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Hesablama Palatası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Əməkhaqqı ilə bağlı məsələdə deputatlar auditorlardan aşağı səviyyədə nəzərdə tutulub. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə, auditorlar deputatla bir səviyyədə tutulur. O zaman auditorların vəsiqələrinə həm də “deputat” sözünü yaza bilərik. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə eyni maaş alır. Necə olur ki, Hesablama Palatası Milli Məclis tərəfindən yaradılır, lakin eyni maaşı alırlar”.

Millət vəkili onu da bildirib ki, Hesablama Palatasının yoxlamaları məsələsində qohumluq münasibətlərinə ciddi yanaşılmalıdır:

“Layihədə “Korrupsiya, dövlət əleyhinə cinayət törədənlər Hesablama Palatyasının üzvü ola bilməz” ifadələri yer alıb. Hesab edirəm ki, bu məsələ konkretləşdirilməlidir. Ağır cinayət törədən, adam öldürən şəxs Hesablama Palatasının üzvü ola bilərmi? Bu məsələ də qanun layihəsində əks olunmalıdır”.


Müəllif: Cavad