15 Dekabr 2017 17:43
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi hallarda məişət qazı ilə intihar edənlərə də rast gəlinir.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, intiharın dəm qazından, yoxsa məişət qazından olduğunu aşkarlamaq mümkündür: “Bəzən qazdan zəhərlənmə halları ilə xəstəxanaya müraciət edilir. Müayinə zamanı həmin şəxsin dəm qazından zəhərlənmədiyi aşkar olunur. Bu cür məqamların müəyyən edilməsində xüsusilə həkim psixiatrların diaqnozu önəmlidir. Dəm qazından zəhərlənmə olduqca risklidir.

İntihar halları əksər hallarda məişət qazı ilə bağlı olur. Xəstəxanaya gətirilən zaman həkimlərə yanlış məlumatlar verilsə də, müayinə zamanı bunu dəqiqləşdirmək mümkündür. Bunu zəhərlənmənin gedişatı, insanların ümumi vəziyyəti, orqanizmdə zəhərlənmənin miqdarından asılı olaraq təsbit etmək olur ki, bu bədbəxt hadisə olub yoxsa intihar”.

Azər Maqsudov qeyd edib ki, məişət qazından zəhərlənmə zamanı ölüm hadisəsi qeydə alınmayıb: “Bu halla o qədər rastlaşmırıq. O ki qaldı dəm qazı ilə intihara cəhd, bu bir çox suallar doğurur. Bu üsulla intihara cəhd olduqca çətin məsələdir və toksikoloji mərkəzdə belə bir vəziyyətə rast gəlməmişik”.


Müəllif: İlhamə Əbülfət