15 Dekabr 2017 17:27
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) ilə əlaqədar orden və medalların təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, təsis edilən yeni medalın təsvirləri deputatlara təqdim edilib:

“Həm dövlət atributları, həm də Xüsusi Dövlət Mühafizə Xidmətinin atributları təsvirdə öz əksini tapıb”. Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov isə deyib ki, sənədə səs verəcək:

“Ancaq bəzi qurumların yaranma günü ilə bağlı istinad nöqtələrində fərqlilik var. Bəzi tarixlər Cümhuriyyət, bəziləri müstəqillik dövründən götürülür. Hesab edirəm ki, bu məsələlərdə dəqiqlik əldə edilməlidir”.

Qanun səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad