15 Dekabr 2017 17:34
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlər, həkimlər yoxsul kontingentə daxil olan insanlardır. Bəzilərinin evində məcburi köçkün qardaşlarımız məskunlaşıb, ev sahibləri də illərdir kirayədə yaşayır.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri millət vəkili Fazil Mustafa parlamentdə Mülki Məcəlləyə dəyişiklərlərlə bağlı müzakirələr zamanı deyib.

Millət vəkili bildirib ki, bu insanların bəziləri bu motivə həyatlarını qurban verərək dünyasını dəyişib.

“Yaxşı olar ki, biz məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini qısa zamanda yekunlaşdıraq. “Qaçqınkom” bu məsələyə daha həssas yanaşmalıdır. Həmçinin bir mənzilin bir neçə şəxsə satılması məsələsi ilə bağlı da dəfələrlə bizə müraciət ediblər və biz də prokurorluq orqanlarına müraciət edərək, məsələnin həllinə kömək etməyə çalışmışıq”.

F.Mustafa vurğulayıb ki, vətəndaşın şəxsi mülkiyyətinin təmin edilməsi istiqamətində dövlət müəyyən addımlar atılmalıdır.

“Bu qanun layihəsi bir sıra problemlərin həllinə kömək edəcək. Lakin hesab edirəm ki, yeni dəyişikliklər 3-4 il əvvəl tikilən evlərə də aid edilməlidir. Bu gün çoxmənzilli binalarda məskunlaşanların əksəriyyətinin sənədi yoxdur. Onlar mənzillərini satanda bina sahibinə 3-4 min manat əlavə ödəniş etməli olur”.


Müəllif: Teleqraf.com