16 Dekabr 2017 13:15
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Teleqtraf.com xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına səbəb aparılacaq rənglənmə işləri ilə əlaqədardır: “Bu üzdən sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur”.


Müəllif: İlhamə Əbülfət