17 Dekabr 2017 17:48
8 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarı təmir edilib.

Teleqraf.com xəbər verir ki, məzar Bütöv Azərbaycan Ocaqları (BAO) tərəfindən Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümü münasibətilə təmir edilib.

BAO Başqanı Zahir Əlisoy, Güney Azərbaycan Demokrat Partiyasının Başqanı Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Hərəkatının təmsilçisi Məcid Araz, BAO üzvü Hakim Sadıqlı çıxış edərək Rəsulzadənin xidmətlərindən, siyasi fəaliyyətindən danışıblar.

Zahir Əlisoy Rəsulzadənin məzarının abadlaşdırlmasında zəhməti olanlara təşəkkür edib.

Mərasimdən sonra Rəsulzadənin xanımının da məzarı ziyarət edilib.

Teleqraf.com Rəsulzadənin məzarının təmirdən sonrakı görüntülərini təqdim edir:


Müəllif: Bəkir