18 Dekabr 2017 17:43
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:30

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Gözəl Tahir Abdolbari oğlu

Qayıbov Fərid Fazil oğlu

Məmmədov Elxan Salhab oğlu".

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu

Babayev Nağı Məcidoviç

Davudov Vaqif Cəlil oğlu

Əhmədov Kamal Məhəmməd oğlu

Əliyev Qərib Tələt oğlu

Hüseynov Firat Alışan oğlu

Meftahəddinova Zemfira Əli qızı

“Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

“Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu".


Müəllif: Teleqraf.com