3 Avqust 2014 12:29

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə bu gün paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Vətən torpağı uğrunda şəhid olmuş Azərbaycan ordusunun əsgərlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

Bu barədə Teleqraf.com-a QMİ-nin mətbuat xidmətindən bildirilib.

QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir. Allah Vətənimizi hifz etsin!


Müəllif:
Загрузка...