12 Yanvar 2018 14:18
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Sonra yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözü “ alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.

Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək.


Müəllif: İlhamə Əbülfət