12 Yanvar 2018 18:07
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının nəşr olunacaq xüsusi buraxılışının “Ön söz”ündə qeyd edib.

Məleykə Abbaszadə bildirib ki, modelə əsasən buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcək: “Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə ediləcək”.

Jurnalın bu xüsusi buraxılışında buraxılış imtahanının keçirilməsi qaydası, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, yeni tapşırıq nümunələri, tapşırıqlar üzrə qiymətləndirmə meyarları, inşa (esse) yazılmasına verilən tələblər, sual kitaçasının titul vərəqi və buraxılış imtahanının ikinci mərhələsinə aid test tapşırıqları nümunələri öz əksini tapıb.


Müəllif: Şəfiqə