13 Yanvar 11:23

"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin bu gün sərnişinlərin istifadəsinə verilməsi təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Mais Ağayev bildirib ki, müəyyən texniki məsələlərə görə "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilməli idi. Məlumata görə, "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin sərnişinlərin istifadəsinə verilməsi ilə əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.


Müəllif: İlhamə Əbülfət
Загрузка...