13 Yanvar 2018 13:04
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı prezident sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apardığı işlər yekunlaşıb.

Agentlikdən Teleqraf.com-a verilən məlumat görə, uzun müddət istismar olunduğu üçün yolun hərəkət hissəsində dağılmış və qabarmış hissələr yarandığından sözügedən yolla hərəkətdə müəyyən problemlər yaşanıb. Yeni və müasir standartlara cavab verən yolun tikintisi ilə bu problemlər artıq geridə qalıb.

22.6 km uzunluğunda olan Birinci-On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burda hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir.

Yenidən qurulan yolun üzərində yerləşən 12 avtomobil körpüsü əsaslı şəkildə təmir edilib.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu 904 ədəd siqnal dirəyi, 220 ədəd isə yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfiqi nişanlanma xətləri çəkilib.


Müəllif: İlhamə Əbülfət