13 Yanvar 20:23
102

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postunda Gürcüstandan "Mercedes Benz E220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Lakin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacağının söykənəcək hissəsinin arxasından, qabaq sağ və sol döşəmələrin altindan gizlədilmiş halda ümumi sayı 142 konvalyut-1857 ədəd üzərində "Omega 3 Kapseln" yazısı olan balıq yağı dərman preparatlarıaşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət