4 Avqust 2014 18:52

Elektron Təhlükəsizlik Mərkəzi gücləndirlimiş iş rejiminə keçib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə növbəti xəbərdarlığını edib. Nazirlikdən Teleqraf.com-a daxil olan xəbərə görə, ETM-in xəbərdarlığında bildirilir ki, son günlər cəbhədə yaranmış gərginlik “informasiya müharibəsi”ndə də özünü büruzə verir.

Xəbərdarlıqda deyilir ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır: “ “Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir”.

ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Belə ki, Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edin! Bu məqsədlə müraciət üçün ETM-in “qaynar xətt”indən (1654), e-poçt ünvanlarından (“reports@cert.az” və ya www.cert.az) faydalana bilərsiniz”.

SEVİL


Müəllif:
Загрузка...