15 Yanvar 2018 16:20
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi kosmetoloji, bərbərxana və bu kimi bəzi xidmətlərdə istehlakçıların sağalmaz xəstəliyə tutulmasına biganədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azad İstehlakşılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Hüquqi İslahatlara Yardım Mərkəzi Azad İstehlakçılar Birliyinə müraciət ünvanlayıb.

Müraciətdə tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinə mütləq şəkildə riayət olunmur. Bu isə QİÇS kimi təhlükəli infeksiyaların yayılmasına gətirib çıxara bilər.

Müraciətdə nazirlikdən bu sahəyə diqqət göstərmək xahiş olunur.


Müəllif: Şəfiqə