15 Yanvar 2018 17:19
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il oktyabrın 1-dən yolların qış mövsümünə hazırlığı həyata keçirilir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bu ərəfədə müvafiq texnika, maşın mexanizimləri hazır vəziyyətə gətirilir:

"Bundan başqa, duz, qum ehtiyatı toplanır. Bakıda hələ hiss olunmasa da, ölkənin dağlıq, dağətəyi ərazilərinə qış çoxdan gəlib. Qar yağır, havalar şaxtalı keçir. İndiyədək yollarda yaranan hər hansı problem qısa müddət ərzində aradan qaldırılıb. Bəzən belə xəbərlər gedir ki, hansısa yolda məhdudiyyət var, yol bağlanıb. Belə bir şey yoxdur.

Biz dövlət qurumu olaraq qış fəslinə 100 faiz hazırıq. Ancaq sürücülərimiz də avtomobillərini qış fəslinə hazırlamlıdırlar. Məsələn, Ağsu aşırımı çətin şəraiti olan ərazidən keçir. Qar yağanda, şaxta olanda yollar buz bağlayır. Biz yollarda buzun əriməsi üçün duz-qum qarışığından ibarət qarışıq səpilir yollara, amma nə qədər tədbir görülsə də, qış fəslinə hazırlıqsız sürücülər avtomobillərini yay şinləri ilə idarə edən zaman ümumiyyətlə Ağsu aşırımını qalxa bilməzlər.

İstər-istəməz onların maşınlarında problemlər yaranacaq və sürüşəcəklər. Ancaq qış şinlərindən istifadə edərlərsə, hər hansl problem olmaz. Təəssüflər olsun ki, sürücülərimizin 90 faizi qış şinlərindən ümumiyyətlə istifadə etmir”.

Anar Nəcəfli qeyd edib ki, Agentliyin Bakıda 600-ə yaxın texnikası var:

“Söhbət təkcə qar təmizləyən maşınlardan getmir. Bura duz-qum qarışığını gətirən, onu səpən və digər maşınlar da aiddir. Respublika yollarında isə 1000-dən artıq maşın və texnika var, lazım gəldikcə xidmətə qoşulurlar".


Müəllif: Şəfiqə Nazimqızı