15 Yanvar 2018 17:55
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagirdlərin təhsildən yayınması kütləvi xarakter daşımır.

Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, yerli təhsili idarəetmə orqanları bu məsələ ilə müntəzəm məşğul olur, nəzarət funksiyasını yerinə yetirirlər:

“Uşaqların dərsdən yayınma halları müşahidə olunduqda bunun qarşısının alınması məqsədilə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil məktəblərinin pedaqoji heyətləri tərəfindən tədbirlər görülür, valideynlərlə mütəmadi maarifləndirmə işi aparılır.

Bu işdə icra nümayəndəlikləri, bələdiyyələr və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da yaxından köməklik edirlər”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev açıqlamasında Azərbaycanda risk qrupuna daxil olan ailələrin yaşadıqları ərazidəki məktəblərdə aparılan monitorinqlər və araşdırmalar yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu bildirib.


Müəllif: İlhamə Əbülfət