16 Yanvar 2018 14:34
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respirator virus infeksiyalarının yayılan vaxtıdır və uşaqlı-böyüklü müraciət edənlərin sayı da çoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bu, təbii bir şeydir və hər il bu vaxtlar artır:

“Sadəcə, insanlar özlərini qorumalıdır. Katastrofik risk, güclü epidemiya yoxdur. Qorunmaq üçün xəstənin özü və onun ətrafındakılar diqqətli olmalıdır. Bu mövsümdə ictimai, insanların çox olduğu yerlərdən uzaq olmağa çalışmaq lazımdır. Əgər vacibdirsə, işinə görə məcbursansa, onda mütləq lazımdır ki, qoruyucu maskadan istifadə edəsən. Utanmaq, çəkinmək lazım deyil. Maska taxmaqla özümüzü müəyyən qədər qoruya bilərik. Xəstə insanlar yaxşı olar ki, işə çıxmasınlar, ictimai yerlərdən uzaq olsunlar. Xüsusilə temperaturları varsa, mütləq yataq rejimində olmalıdırlar. Bəzi adamlar fikirləşir ki, mən qripəmsə, yatağa düşsəm daha da ağırlaşacam. Amma bu yanlışdır. Mütləq yataq şəraiti və həkimə müraciət etmək lazımdır. Bol meyvə-tərəvəz istifadə etsinlər. Çoxlu limon, sitrus meyvələri, soğan-sarımsaq yesinlər. Yəni təbii bitkisəl şeylərdən istifadə etsinlər ki, bədənin müqavimət gücü artsın. Dərmanları özbaşına istifadə etmək olmaz. Həkim məsləhəti və təyinatı gərəkdir. Antibiotiklərdən istifadə etmək olmaz. Bütün hallarda həkimə müraciət etsinlər”.


Müəllif: Şəfiqə Nazimqızı