16 Yanvar 2018 11:28
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR Mübariz Mənsimov və ya “Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib.

Teleqraf.com xəbər verir ki, bunu APA-ya SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın “Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

“Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: “SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.

Qeyd edək ki, dünən bəzi Türkiyə media orqanları SOCAR şirkətinin öz zavod və müəssisələrinə “Palmali” gəmilərinin daxil olmasına qadağa qoyması barədə məlumat yayılıb. Məlumatda “Palmali Dənizçilik Şirkəti”nin SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisinin müsadirə edildiyi bildirilib. Məlumatda həmin gəmilərin SOCAR-ın balansına keçirlərək yeni gəmiçilik şirkətinin yaradılması da öz əksini tapıb.


Müəllif: Teleqraf.com