16 Yanvar 2018 12:29
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdiriblər.

​Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

​Həmçinin psixotrop tərkibli 2000 ədəd “Metadon” və 210 ədəd “Preqabalin” həb və kapsulaları da aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.


Müəllif: Hacı Zeynalov