16 Yanvar 2018 15:14
2 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

“II Vice Mrs. Top of the World-2015” titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzi Azərbaycanın Müdafiə naziri Zakir Həsənov haqqında kitab yazıb.

Teleqraf.com “Sputnik-Azərbaycan”a istinadla xəbər verir ki, kitab “İdeal nazir – Zakir Həsənov” adlanır.

Tehranənin sözlərinə görə, kitab bədii elementləri ilə bərabər avtobioqrafik xarakter daşıyır:

“Kitab yazmaq fikrinə “Şimşək” qadınlar qrupunda xidmət edərkən düşdüm. Mənə bu işdə Moskvada jurnalist kimi çalışan rəfiqəm Nabat kömək etdi. Mən Zakir Həsənovu özümə örnək götürmüşəm. İndi həyatımı hərbi xidmətsiz təsəvvür edə bilmirəm”.


Müəllif: Samir