17 Yanvar 2018 09:37
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

“Azərsu”dan Teleqraf.com-a verilən məlumata görə, məhdudiyyət Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq.


Müəllif: İlhamə