17 Yanvar 2018 10:37
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq orta ixtisas təhsili müəssisələrində tədris kredit sistemi ilə təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının - "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın icra olunması haqqında əmr təsdiq edib.

Əmrdə göstərilir ki, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.


Müəllif: Teleqraf.com